Azəriqaz" əməkdaşları qarlı havada imkansız ailəni qazsız qoyub.
Bu barədə müraciət edən Ucar rayonu,Qazyan kənd sakini Abdullayev Rasim Məhəmməd oğlu bildirib.
Kənd sakininin sözlərinə görə,bu gün "Azəriqaz"-ın əməkdaşı onların evinə gəlib və 200 AZN limiti keçdiklərini deyiblər.
"Qaza baxan nəzarətçi gəldi və 200 manat borcumuzun olduğunu bizə dedi.Ona bizdə smart tipli sayğac olduğunu və hər ay kartla ödəniş etdiyimizi bildirdik.Dedilər ki,bu pulu verməsəniz,qazınız kəsiləcək.Kasıb ailəyik,işləmirik.Pensiyaçı həyat yoldaşım,özüm və azyaşlı körpə övladı olan qızımla birgə yaşayırıq.İndiki halda onların iddia etdiyi 200 manatı verə bilmədik.Qazı kəsib,getdilər.Hazırda ölkədə çovğun və qarla bağlı xəbərdarlıq edilib.Bu,soyuqda körpə uşaqla nə edəcəyimizi bilmirik.Səsimizi rəhbər şəxslərə çatdırmağınızı xahiş edirik",-deyə vətəndaş bildirib.
Oxu24.com məsələ ilə bağlı "Azəriqaz"ın Ucar rayon şöbəsinin rəisi Məlikməmməd Mehdiyevlə əlaqə saxlayıb.O,Nazirlər Kabinetinin borcu olan abanentlərin qazının dayandırılması barədə qərarının olduğunu qeyd edib/oxu24.