ABŞ Prezidenti Donald Tramp İranla danışıqların gündəm olduğu bir anda gözlənilməz bəyanat verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, döyüş təyyarələri ilə zəngin nəhəng "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinə dəstək olaraq, bölgəyə əlavə ikinci təyyarədaşıyan zərbə qrupu, əlavə döyüş gəmiləri və təyyarələr göndərdiyini açıqlayıb.

Bu barədə israilli jurnalist Barak Ravidə müsahibəsində ABŞ Prezidenti Donald Tramp İrana "ya müharibə, ya böyun əy" xəbərdarlığı da edib: "Orada bir donanmamız var, bəlkə də başqa biri yoldadır. Düzdür, 12 günlük müharibədən əvvəlki dövrlə müqayisədə İranla danışıqlarda dəyişiklik var. Onlar əvvəlki danışıqlarda hücum edəcəyimə inanmırdılar və böyük risk aldılar, amma indi daha çox çeviklik nümayiş etdirirlər. İndi İsrail Baş naziri Netanyahu da təzyiq altında deyil. O da yaxşı bir razılaşma istəyir. Biz İrana şərtlərimizi dedik. İranla müzakirə arasında tək nüvə başlıqları deyil, raket sistemləri də var. Gələn həftə növbəti görüş olacaq. İran ya bizimlə razılaşacaq, ya da oraa çox pis və ağır hadisələr olacaq."

Samir Musayev

MİA.AZ