Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli kadr islahatlarına başlayıb.
Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, AAYDA İdarə Heyətinin sədrinin 70 yaşlı müşaviri Əflatun Qasımov vəzifəsindən azad edilib. Vüsal Nəsirli bununla bağlı müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Əflatun Qasımov uzun illər Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
O, sözügedən qurumda çalışdığı dövrdə AAYDA İdarə Heyətinin sabiq sədri Saleh Məmmədovla quda olub.
Bundan sonra adı müxtəlif qalmaqallarda hallanan Əflatun Qasımov idarə rəisi vəzifəsindən azad edilib. Yerinə isə özünə yaxınlığı ilə tanınan Əzizov Kamran Gülbala oğlu təyin edilib.
P.S. Bu dəyişiklikdən belə görünür ki, Saleh Məmmədov AAYDA-nı Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov kimi "Qudalar Agentliyi"nə çevriibmiş. Xatırladaq ki, ADSEA-da Mikaylovunn qudalarındna biri aparat rəhbəri, digəri isə müşaviridir.
MİA.AZ

