Türkiyədə xəstədən rüşvət alan həkimlər saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə İstanbulda Üsküdar Dövlət Xəstəxanasında baş verib.

Məlumata görə, əməliyyat olunan xəstələrdən rüşvət aldıqları iddia edilən həkimlər G.Ö. və C.G. Anadolu Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində qandallanıblar.

Anadolu Baş Prokurorluğu faktı təsdiqləyib: "İstntaq gedir. Əlavə məlumat veriləcək"

Lamiyə

MİA.AZ