"ABŞ hələ Omandakı danışıqlarından əvvəl İrana dörd şərt təqdim edib. Deyiblər ki, əgər  bu şərtlər yerinə yetirilməsə,  hücuma keçəcəklər"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Avropa İttifaqının terror siyahısına daxil etdiyi İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Siyasi məsələlər üzrə Komandan müavini Əziz Qəzənfəri "Sobh-e Sadik" jurnalına müsahibəsində deyib.

O bildirib ki, bu şərt və təhdidə İran boyun əyməyib: "İran bu cür təhdid və psixoloji müharibəyə təslim olmadı. ABŞ bizimlə ballistik raket proqramı, regional proksi qruplarına dəstək, zənginləşdirilmiş uran və nüvə məsələsi ilə bağlı şərtlər irəli sürüb. Onlar bizdən bu sahələrdən çəkilməyimizi istəyirlər. Danışıqları da bu 4 şərt üzrə aparmaq istəyirlər. Hlabuki, onlara avab verilib ki, İranın müdafiə qabiliyyəti danışıqlar mövzusu ola bilməz".

SEPAH rəsmisi iddia edib ki,  Omandakı danışıqların formatı da, mövzusu da ABŞ-ın irəli sürdüyü şərtlərə deyil, İranın mövqeyinə uyğun olaraq keçirilib: "Orada danışıqlar yalnız nüvə məsələləri ilə bağlı aparılıb"

Tahir Şəlvəli

MİA.AZ