Dünən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Tahir Budaqov bu gün kollektivə təqdim olunub.
Mia.az xəbər verir ki, təqdimetmə mərasimi Prezidentin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə baş tutub.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib. O, ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
T.Budaqov ona göstərilən etimada görə minnətdarlıq edib.

