Türkiyənin ana müxalifət partiyalarından CHP-dən daha bir bələdiyyə sədri istefa verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankarada şəhərinin Keçiören rayon Bələdiyyə sədri Mesut Özarslan Cümhuriyyət Xalq Partiyasından (CHP) ayrılıb.
Bələdiyyə sədri istefası ilə bağlı deyib ki, 31 mart 2024-cü ildə keçirilən seçkilərdə xalq ona böyük etimad göstərib: "O vaxtdan partiyaya deyil, siyasi mənsubiyyətindən aslı olmayaraq, Keçiörenə şəffaf və bərabər şəkildə xidmət etməyə başladım. Bu kontekstdə, partiya mənsubiyyətindən asılı olmayaraq hər qapını döydüm. Lakin zamanla milli və mənəvi dəyərlərdən uzaq olanlar və bu dəyərləri təmsil olunduğum partiya daxilindəki hakimiyyət mübarizələrində istifadə etmək istəyənlər yalan fərziyyələrlə ictimaiyyəti çaşdırmağa və partiya daxilində məni nüfuzdan salmağa çalışıblar".
Bələdiyyə sədri bildirib ki, bu və ya digər səbəblərdən CHP-dən ayrılmaq qərarı verib: "Mənim etirazım Cümhuriyyət Xalq Partiyasının institusional kimliyinə, Atatürkçü və Cümhuriyyətçi seçicilərinə deyil. Etirazlm mövcud partiya sistemi və liderlərinin fəaliyyətindədir...".
Lamiyə
MİA.AZ