Şəmkirdə 69 yaşlı qadın öldürülüb.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıblar.
Bildirilib ki, ötən ilin dekabrın 23-də Şəmkir rayon sakini 1957-ci il təvəllüdlü Mahmudova Solmaz Dadaş qızının üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə S.Mahmudovanın 1996-cı il təvəllüdlü Həmidli Arzu Mahir oğlu tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Arzu Həmidli şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.