Bu gün Bakıda yerləşən “İdrak” liseyində silahlı insident baş verib. Hadisə zamanı liseyin 10-cu sinif şagirdi müəlliminə ov tüfəngi ilə atəş açıb. Atəş nəticəsində 29 yaşlı qadın müəllimə xəsarət alıb.

Mia.az Modern.az-a istinadla xəbər verir ki, “İdrak” liseyində təhsil alan şagirdlər arasında bir sıra tanınmış məşhurların övladları və yaxınları da var.

Belə ki, hazırda liseydə aparıcı Zaur Baxşəliyevin qızı və Əməkdar artist, müğənni Aqşin Abdullayevin övladı təhsil alır.

Bundan əlavə, AMEA-nın prezidenti İsa Həbibbəylinin nəvəsi, Xalq şairi Zəlimxan Yaqubun nəvələri, müğənni Elton Hüseynəliyevin qızları da müxtəlif illərdə bu liseyin məzunları sırasında yer alıb.

***

Xatırladaq ki, "İdrak" liseyində illik təhsil haqqı ibtidai pillədə ödəniş 10 000-12 500 manat, orta siniflər üzrə isə 10 500-16 500 manat təşkil edir.

Məlumat üçün bildirək ki, İdrak Liseyində qiymətlər tədris dilinə, dərs vəsaitlərinə, qidalanma (səhər və günorta yeməyi), məşğələlər, müəllimin yerli və ya xarici olmasına, eləcə də təhsil pilləsinə görə fərqlənir. 

Xatırladaq ki, "İdrak" liseyinin baş direktoru Mövsüm Alışovdur.

MİA.AZ