Dünən İranın Fars körfəzində iki nəhəng tankeri saxlamasından sonra ABŞ bir daha İrandakı vətəndaşların ölkəni dərhal tərk etməyə çağırıb.
Mia.az xarici mətbuata xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında xəbərdarlıq yerləşdirilib.
Bildirilib ki, İranda təhlükəsizlik tədbirləri hər keçən gün daha da sərtləşir, yollar bağlanır, internetə çıxışın məhdudiyyəti davam edir: "İran hökuməti bununla yanaşı, aviaşirkətlərin İrana uçuşları məhdudlaşdırılıb və ya ləğv edib. Bu və ya digər səb əbləri nəzərə alaraq, vətəndaşlarımıza bir daha xəbərdarlıq edirik: İranı dərhal tərk edin. Biz - ABŞ hökumətinin köməyinə arxayın olmadan ölkəni tərk etmək üçün alternativ yolları - Türkiyə və Ermənistana gediş yollarını axtarın!".
Xəbərdarlıqda o da bildirilib ki, İranı tərk edə bilməyən amerikalılar yaşayış yerlərində öz təhlükəsizliklərinə xüsusi diqqət göstərməli və ehtiyatlı olmalıdırlar.
Firudin Səfərli
MİA.AZ