Cənubi koreyalı futbolçu Hyeon-gyu Ohu heyətinə qatan "Beşiktaş" daha bir oyunçunu komandaya cəlb etmək üzrədir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu Fransanın "Marsel" komandasında oynayan sağ cinah müdafiəçisi Amir Murillonun transferi ilə bağlı danışıq aparır.
Məlumata görə, tərəflər artıq razılaşıblar: "Amir Murillo bir neçə günə İstanbula gəlib 1.6 illik müqavilə imzalayacaq".
Xatırladaq ki, bu mövsüm "Marsel"də 25 oyun keçirən Murillo 2 qol vurub, 4 məhsuldar ötürmə edib.
Fərid ASLAN
MİA.AZ