Mingəçevirdə Heydər Əliyev prospektində yaşayan bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Mia.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Nübar Aslan qızı Yusifova və onun azyaşlı övladları – 2010-cu il təvəllüdlü Dilbazi Rəşad qızı Yusifli, 2014-cü il təvəllüdlü Nəzrin Rəşad qızı Yusifli, 2015-ci il təvəllüdlü Emin Rəşad oğlu Yusifli yaşadıqları evdə dəm qazından zəhərləndikləri üçün təcili yardımmaşını ilə xəstəxanaya aparılıblar: "Ambulator müalicədən sonra ailə buraxılıb"