ABŞ-dan sonra İran da fevralın 6-da tərəflər arasında görü ehtimalını sual altına alıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran XİN-dən açıqlama verilib.
Bildirilib ki, danışıqlar astanasnda ABŞ ilə təmaslarda gərginlik yaranıb: "Bu səbəbdən cümə günü üçün nəzərdə tutualn görüş baş tutmaya bilər. Əlavə məlumatı xarici işlər naziri Abbas Əraqçi açıqlama verəcək".
Tasnim Xəbər Agentliyinə açıqlama verən XİN rəsmisi isə deyib ki, danışıqların pozulmasının İran tərəfinin məkan yerinin İstanbul deyil, Oman olmasına dəyişmək tələbiylə əlaqəsi yoxdur: "ABŞ İsraillə əlaqəli müharibə qızışdırıcılarının təsiri altında mövqelərini daim dəyişirlər...".
Xatırlaadq ki, "Axios" xəbər platformasına danışan iki ABŞ rəsmisi bildirib ki, Vaşinqton administrasiyası İranın danışıqların Omanda və yalnız ikitərəfli formatda keçirilməsi tələbini geri çevirib.
Tahir Şəlvəli
MİA.AZ