Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələləri şöbəsinin müdiri Gülbahar Eyvazova vəzifəsindən azad edilib.

Məlumata görə, bununla bağlı icra başçısı Alı Alıyev müvafiq əmr imzalayıb/İqtisadiyyat.

Xatırladaq ki, G.Eyvazova ötən ay işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb. Ərizənin yazılmasına səbəb onun həyat yoldaşı Habil Eyvazovun sərxoş halda "Tiktok”da canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsi olub.