İstanbul Baş Prokurorluğu şəhər bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlnun qaynı Ali Kaya və daha 19 tanınmış şəxsi saxlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  onlar narkotik və fahişəliyə cəlbetmədə ittiham olunurlar.

Məlumatda deyilir ki, saxlanılanlar arasında Dilek İmamoğlunun böyük qardaşı Ali Kaya ilə yanaşı, Sevcan Güler, İmren Öztürk, Barış Barışma, Fatoş Derbeder, Melis Yürür və Damla Kütük kimi tanan simalar da var.

Bildirilib ki, adıçəkilənlər ifadə verdikdən sonra narkotestə müayinəyə göndəriləcəklər.

Hüseyn Namazov

MİA.AZ