Axşam saatlarından davam edən güclü külək nəticəsində saat 12.00-a olan məlumata əsasən Bakıda 37 ağac aşıb.

Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Mia.az-a bildirilib ki, həmçinin 23 ağacın budaqları qırılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları sınan ağac və qırılan budaqları götürərək ərazini təmizləyirlər.

Xatırladaq ki, qeyri-sabit hava şəraiti fevralın 7-dək davam edəcək.