Liviya mediası devrilmiş və amansızlıqla öldürülmüş lider Müəmmər Qəddafinin böyük oğlu Seyf əl-İslam Qəddafiyə sui-qəsd edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Liviyanın rəsmi xəbər agentliyi LANA məlumat yayıb.

Məlumatda Seyf əl-İslam Qəddafinin siyasi komandasının rəhbəri və müşaviri Abdullah Osman Seyf əl-İslam faktını ölümünü təsdiqləyib: "Dörd silahlı şəxs Seyf Qəddafinin təhlükəsizlik kameralarını sıradan çıxardıqdan sonra evinə basqın edərək, onu öldürüb".

Maraqlı burasıdır ki, Liviya Milli Birlik Hökumətinin Müdafiə Nazirliyinə bağlı 444-cü briqada isə müşavirin və dövlət agentliyinin açıqlamasını təkzib edib: "Bölgəyə nəzarət edən briqadan olaraq bizdə belə bir məlumat yoxdur. Hər hansı bu və ya formada insident də olmayıb".

Tahir Şəlvəli

MİA.AZ