ABŞ-da azyaşlı qız və oğlan uşaqlarını cinsi istismarda ittiham olunaraq saxlanılan və həbsdəykən müəmmalı şəkildə ölən milyarder Ceffri Epşteyn işi bir çox ölkələrdə yeni istintaq və araşdırmalara səbəb olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq Ankara Baş Prokurorluğu da Türkiyədən olan uşaqların "Epşteynin adası"na aparıldığı iddiaları ilə bağlı araşdırmaya başlayıb

Bu barədə Haberler.com saytı jurnalist Emrullah Erdinçə istinadla bildirib ki, artıq Ankara prokurorluğu hərəkətə keçib.

Xatırladaq ki, "Epşteyn iş" üzrə açılan sənədlərdə  Şahzadə Endryu, ABŞ prezidenti Donald Tramp, keçmiş ABŞ prezidenti Bill Klinton, keçmiş İsrail Baş naziri Ehud Barak, keçmiş ABŞ vitse-prezidenti Albert Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Kopperfild, vəkil Alan Derşovitz , keçmiş Nyu Meksiko qubernatoru Bill Riçardson, bir çox səfirlər. iş adamları, dövlət rəsmiləriin adları yer alıb.

Samir MUSAYEV

MİA.AZ