"Qalatasaray" daha bir transfer həyata keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu "Volfsburq"da oynayan Mattias Svanberqi satınalma şərtiylə icarəyə götürüb.
Məlumata görə, artıq tərəflər anlaşıblar: "Futbolçu bu gün İstanbula gələcək".
Xatırladaq ki, yarımmüdafiəçi Mattias Svanberq bu mövsüm "Volfsburq"da 18 matçda 4 qol vurub, 2 məhsuldar ötürmə verib.
Fərid ASLAN
MİA.AZ
