Bu gün səhərə yaxın bıçaqlanan "Kəpəz" komandasının futbolçusu Veysəl Rzayevin son vəziyyəti açıqlanıb.
Mia.az xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Bildirilib ki, insident nəticəsində bıçaqlanan futbolçunun hazırda Gəncə şəhər 3 saylı xəstəxanada müalicə olunur:"O, əməliyyat edilib, hazırda vəziyyəti stabildir".
***
Gəncənin "Kəpəz" komandasının 24 yaşlı oyunçusu Veysəl Rzayev bıçaqlanıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Mia.az-a bildirilib ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev mübahisə zəminində bıçaq xəsarəti alıb: "O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır".
Hadisəni törədən şəxs axtarılır.