ABŞ-da yetkinlik yaşına çatmayan qız və oğlan uşaqlarını cinsi istismarında təqsuirləndirilən və həbsxanada  müəmmalı şəkildə ölən milyarder Ceffri Epşteynlə bağlı açılan istintaq sənədlərdə Norveç Tac Şahzadəsi Mette-Marinin ondan hamilə qalması xəbəri ölkəni "qarışdırıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, adı Epşteynlə bağlı istintaq sənədlərində yüzlərlə şəkilən Norveçin  vəliəhd şahzadəsi Mette-Maritın ondan hamilə qalması faktı isə daha böyük rezonas doğurub.

Məlumata görə, yayılan istintaq sənədlərində bildirilir ki, 2011-2013-cü illər arasında Ceffri Epşteynlə bir neçə dəfə görüşüb. O, hətta ən azı dörd gün Epşteynin Palm Biçdəki evində qonaq olub və güman ki, elə buada ondan hamilə qalıb.

Maraqlıdır ki, Mette-Marit ilə Epşteyn arasındakı  münasibət ilk dəfə 2019-cu ildə ortaya çıxıb. O dövrdə Norveç mətbuatı Şahzadə Mette-Maritin 2011-2013-cü illər arasında Epşteynlə bir neçə dəfə görüşdüyünü və hətta Epşteynin 2008-ci ildə yetkinlik yaşına çatmayanlara qarşı cinsi cinayətlərə görə məhkum edilməsinə baxmayaraq, bu əlaqənin yenə davam etməsini qabardıb.

İndisə yayılan istintaq sənədlərində buvə ya digər faktlar daha açıq yazılıb.

Məlumata görə, Mette-Maritə bu günlərdə yayılan sənədlərdə adının tirajlanmasına rəsmi izahat verib. O, səhv etdiyini və peşman olduğunu bildirib: "Mən o vaxt çox pis bir qərar verdim. Epşteynlə hər hansı bir əlaqə qurduğum üçün dərin təəssüf hissi keçirirəm. Bu, utancvericidir. Epşteynin keçmişini daha ətraflı araşdırmadığım və onun necə bir insan olduğunu kifayət qədər tez başa düşmədiyim üçün məsuliyyət daşıdığımın fərqindəyəm. Peşmanam!"

Hüseyn Namazov

MİA.AZ