Milli Məclisin iclası başlayıb.
Mia.az xəbər verir ki, sessiyanı spiker Sahibə Qafarova açıq elan edib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Qeyd edək ki, MM-in bugünkü plenar iclasının gündəliyinə qanunverici orqanın yaz sessiyasının qanunvericilik işləri planı, Hesablayıcı və İntizam komissiyalarının tərkibinin yenidən formalaşdırılması daxil olmaqla, ümumilikdə, 16 məsələnin müzakirəsi daxil edilib.