"Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilib.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirəcək.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
https://static.president.az/upload/Files/2026/01/30/577e68dac516fdbc2aaa9961732298be_9398997.pdf