BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin “X” səhifəsində məlumat verilib.
“İqor Qarafuliç Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşmək şərəfinə nail olub. Azərbaycanın çoxtərəfliliyə sədaqəti və yeni Əməkdaşlıq Çərçivəsi (2026-2030) əsasında davamlı tərəfdaşlığımızla bağlı geniş müzakirə aparıldı. BMT-nin Azərbaycandakı nümayəndəliyinin bütün komandası Azərbaycanın davamlı inkişaf üçün milli prioritetlərini dəstəkləməyə sadiqdir”, – paylaşımda qeyd edilib.