Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində binaların birində birinci mərtəbədə blok çöküb.
Mia.az xəbər verir ki, bu barədə Oxu.Az-a sakinlər müraciət ediblər.
Sakinlər qeyd ediblər ki, birinci və ikinci mərtəbədə yaşayanlar binadan çıxa bilmirlər.
Bunun üçün liftlə yuxarı qalxıb, yenidən aşağı düşməlidirlər.