ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Hərbi Hava Qüvvələri (AFCENT) ABŞ-İran gərginliyinin artdığı bir vaxtda bölgədə geniş miqyaslı hərbi təlimə start verir.
Mia.az xaric məbuata istinadla xəbər verir ki, bu barədə CENTCOM açıqlama yayıb.
Bildirilib ki, AFCENT ABŞ döyüş hava gücünün nümayiş etdirmək üçün CENTCOM-un məsuliyyət zonasında "çoxgünlük" - yəni, qeyri-müyyən müddətə hərbi təlim keçirəcək: "Təlim hərbi elementlərin və şəxsi heyətin yerləşdirilməsi potensialını artırmaq, regional tərəfdaşlığı gücləndirmək və CENTCOM daxilində çevik cavab imkanlarına hazırlıq məqsədilə nəzərdə tutulub. Təlim çərçivəsində komandalar çoxsaylı bölgələrdə sürətli yerləşdirmə, uçuş və geri qayıtma prosedurlarını icra edəcək, eni zamanda, onlara dəstək prosesi yerində sınaqdan çıxarılacaq"
Maraqlı budur ki, bu açıqlama ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi variantların nəzərdən keçirilə biləcəyi barədə sözlərindən saatlar spnra verilib.
CNN-in məlumatına görə, ABŞ hələlik İrana hərbi müdaxilə ilə bağlı yekun qərarı verə bilmir.
Samir MUSAYEV
MİA.AZ