Səhiyyə Nazirliyi “Arash Estetik” klinikasında plandankənar yoxlama aparıb.
Məlumata görə, yoxlama zamanı klinikada tanınmış həkim Sənan Xankişiyevin iştirakı ilə sertifikatsız stomatologiya ixtisası üzrə praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.
Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozan klinika barədə protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə məhkəyə göndərib.
Məhkəmənin qərarına əsasən, “Arash Estetik” klinikası 6 000 manat məbləğində cərimələnib/Teleqraf.