Bakı Apellyasiya Məhkəməsi AXCP sədri Əli Kərimlinin ev dustaqlığına buraxılması barədə Səbail Rayon Məhkəməsinin imtina qərarından verdiyi apellyasiya şikayətinə baxıb.

Mia.az Günunsesi.info-ya istinadla xəbər verir ki, məhkəmə AXCP sədrinin şikayətini təmin etməyib və o, həbsdə saxlanılıb.

Qeyd edək ki, Əli Kərimli PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində həbs edilib.