Albaniya Baş naziri Edi Rama Tel-Əvivə səfəri çərçivəsndə İsrail parlamentində tarixi çıxışıa imza atıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Baş nazir Edi Rama İsrail parlamentindəki çıxışında Türkiyənin də Qəzzada gələcək beynəlxalq sabitləşdirmə qüvvələrində iştirak etməsinin vaciblyinə toxunub, İranı "yıxıb-sürüyüb", HƏMAS-ı günahkar sayıb, bölgədə sülhə diqqət çəkib.

Çıxışına 1977-ci ildə Knessetdə keçmiş Misir prezidenti Ənvər Sadatın tarixi çıxışından sitat gətirməklə başlayan Rama deyib: "Həm ərəb torpaqlarında, həm də İsraildə hamımız üçün sülh olsun!"

Albaniyanın İkinci Dünya Müharibəsi zamanı yəhudiləri qoruduğunu xatırladan Rama bildirib ki, bu gün 27 yanvar – Beynəlxalq Holokost Qurbanlarını Anma Günü burada çıxış etmək fəxrdir: "İkinci Dünya Müharbəsi vaxtı müsəlman və xristian albanlar bir yəhudi qonşusunu belə, faşistlərə  təslim etmədilər. Onlar soyqırımın qarşısını almaq üçün öz həyatlarını təhlükəyə atdı. İndisə ölkəmiz hazırda minlərlə İran vətəndaşına qoruma altına alıb. Biz bu şəxslərin Tehran rejiminə qarşı olduqları üçün böyük təhlükə altında olduğunu bilirik, onları qorumağa çalşırıq. Bu səbəbdən Albaniya İrandan qaynaqlanan böyük bir kiberhücuma məruz qaldı. Ancaq geri çəkilmədik. Üstəlk, İran səfirliyinin işçilərinə ölkəni tərk etmək üçün 24 saat vaxt verdik. Onları qovduq ölkəmizdən. Bununla da biz Xomeyni Respublikası ilə bu incə əlaqələri kəsdik. Mən İranı heç vaxt "İslam Respublikası" adlandırmayacağam. Çünki İslam sevgi, hörmət və təvazökarlıqdır, Xomeynizm isə nifrət və ölümdür."

Daha sonra Qəzza zolağı ilə bağlı danışan  Baş nazir buradakı vəziyyətə görə, HƏMAS-ı günahlandırıb. O bildirib ki, Albaniya İsrail, ərəb ölkələri və Türkiyə ilə sıx münasibətləri Qəzzanın gələcəyi üçün də  dərinləşdirmək istəyir: "Burada Türkiyə ilə bağlı xüsusi paraqraf açmaq istəyirəm. Biz Türkiyə ilə hər sahədə olduğu kimi, bu məsələdə də münasibətləri dərinləşdirməyi hədəfləyirik. Biz ərəb, türk və digər qardaşlarımızla birlikdə Qəzzada gələcək beynəlxalq sabitləşdirmə qüvvələrində iştirak etmək əzmindəyik".

Ramanın Qəzzadakı faciəyə görə HƏMAS-ı günahlandırması barədə sözləri həmin an parlamentdəki azlıqda olan ərəb deputatları qəzəbləndirib. Onlar zalı tərk etməklə çxışı boykot etsələr də, Baş nazir çıxışını  İsrailin keçmiş baş naziri İshaq Rabinin sözləri ilə bitib: "Sülhə şans verin!".

Tahir

MİA.AZ