ABŞ-ın böyük bir hissəsini ağuşuna alan qar fırtınası və kəskin şaxtalar böyük fəlakətə yol açıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hava şəraiti səbəbindən ölənlərin sayı 30-a çatıb.
Məlumata görə, elektrik xətlərində yaranan problemlərə görə 554.000-dən çox insan işıqsız qalıb.
ABŞ Milli Hava Xidmətindən bildirilib ki, Pensilvaniyanın şimalındakı bəzi ərazilərdə qarın qalınlığı 50 santimetrə çatıb, temperatur -31 dərəcə selsiyə düşüb: "Ümumilikdə, 17 ştat üzrə hava şəraiti olduqca əlverişsizdir..."
ABŞ Milli Hava Xidməti əhaliyə yolların buizlanmasını xatırladıb, evdən çıxmamağı tövsiyə edib.
Samir MUSAYEV
MİA.AZ