Xalq artisti Niyaməddin Musayev, qızının bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyində (FHN) işləməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən nazirliyə gedib onun işə götürülməsini xahiş etdiyini deyib.

Bu fikrə isə münasibət birmənalı olmayıb. Xalq artistini dəstəkləyənlərlə yanaşı, nüfuzundan istifadə edərək bu işi gördüyü üçün tənqid edənlər də az deyil.

Mia.az xəbər veirr ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən N. Musayev burada tənqid olunacaq məsələnin olmadığını bildirib: “Hamı belə edər də. Nə qədər düşüncəsiz insanlar var. Siz olsanız, öz balanız üçün iş axtarmazsınız, deməzsiniz? Onlar da sağ olsunlar, məni sındırmadılar, imtahan edib işə götürdülər. Bundan yaxşı nə var?”