Türkiyədə məşhurlara qarşı narkotik ittihamı ilə açılan cinayət işləri bir çox tanınmış aktyor, aktrisa, müğənnı və hətta aparıcıları karyerasına mənfi təsirini göstərir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir neçə gün əvvəl cinayət işi çərçivəsində narkotest müayinəsində məşhur prodüser Timur Savcınin qanında da narkotik aşkarlanıb.
Məlumata görə, bundan sonra onun və sahibi olduğu "TimsB"i şirkətinin adı TRT1-də hər bazar yayımlanan "Teşkilat" serialının titrlərindən silinib.
Hüseyn Namazov
MİA.AZ
