Yanvarın 22-də gözlənilmədən Rusiyanın nəhəng hərbi təyyarəsinin Suriyanın Türkiyə ilə sərhəddə yerləşən strateji əhəmiyyətli Kamışlı hava limanına enməsinin səbəbi aydınlaşır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yanvar ayının 23-dən başlayaraq, hərbi təyyarəyə Rusiya qüvvələrinə məxsus hərbi texnikalar yüklənir.
Yayıılan görüntülərə əsasən, yüklənənlər arasında BTR və helikopetrlər də var: "Onların birdəfəlik daşınması və ya təmirə apaıərlması bəlli deyil. Bölgədə bəziləri iddia edir ki, Rusiya YPG ilə bağlı yaranmış drumla bağlı bazanı boşaldır. Lakin Rusiyanın bu strateji əhəmiyyətli bölgədən beə asanlıqla gedəcəyini düşünməyənlər də az deyil"
Xatırladaq ki, bu bölgə hələ də YPG-nin nəzarəti altındadır. Ancaq 15 günlük atəşkəsdən sonra buranın da hökumət qüvvələrinin nəzarətinə keçəcəyi gözlənilir
Xəbərdə o da deyilir ki, bazada azı 200 Rusiya hərbçisi ilə yanaşı, Pantsir-S1 kimi qabaqcıl hava hücumundan müdafiə sistemləri, radar bölmələri, Mi-8 və Mi-35 hücum helikopterləri və sair müasir silahlar var.
Tahir Şəlvəli
MİA.AZ


