Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədrinin köməkçisi Samir Abdullayev vəzifəsindən ayrılıb.
Mia.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə ASCO-nun sədri Əfqan Cəlilov əmr imzalayıb.
ASCO-dan sorğumuza cavab olaraq bildirilib ki, S.Abdullayev öz ərizəsi əsasında işdən ayrılıb. Proses əmək qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun şəkildə həyata keçirilib. Qeyd olunan vəzifə üzrə iş bölgüsü hazırda daxili qaydalar çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, Əfqan Cəlilov 10 gün əvvəl - 16 yanvar 2026-ci il tarixində ASCO-nun sədri təyin olunub.