"Donald Trampın rəhbərliyi altında İsrail və ABŞ İranın nüvə ambisiyalarını geri atıb".

Mia.az xəbər veirr ki, bu sözləri İsrailin xarici işlər naziri Gideon Saar Bakıda Xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında DEYİB.

Onun sözlərinə görə, bu, həmçinin regionda təhlükəsizliyə töhfə verib: "İsrail hesab edir ki, İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır".

İsrail XİN başçısı bildirib ki, İran öz ölkə əhalisinə qarşı repressiya həyata keçirir: “İran vətəndaşlarının artıq kütləvi şəkildə qırılmasının şəkilləri meydana çıxır. İranda kütləvi, inanılmaz həcmdə əhalinin qırılması baş verir. Bunu həyata keçirən ölkədən digər dövlətlərə qarşı necə davranış gözləmək olar?”.

***

İsrailin xarici işlər naziri Gideon Saar ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistanla münasibətlərin nizamlanması prosesində əldə edilmiş irəliləyiş münasibətilə Azərbaycanı təbrik edib.

Bunu İsrailin xarici işlər naziri Gideon Saar Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

İsrailin XİN rəhbəri vurğulayıb ki, əldə edilmiş nəticələr Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində mümkün olub.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı, regionda sülh olmazdı.

G.Saar, həmçinin qeyd edib ki, ölkənin inkişafı və çiçəklənməsi nəzərəçarpacaq səviyyədədir. Xüsusilə vurğulanıb ki, Azərbaycandakı yəhudi icması sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Nazir əlavə edib ki, İsrail xalqı bu dəstəyi yüksək qiymətləndirir.

Nazir deyib ki, İsrail və Azərbaycan sülhdə maraqlı olan ölkələrdir: "Diplomatik münasibətlərin qurulmasından etibarən əlaqələrimiz bir çox sahədə əhəmiyyətli dərəcədə genişlənib və dərinləşib. Üç il əvvəl Bakıda İsrail səfirliyinin açılması strateji tərəfdaşlığımızı daha da möhkəmləndirən mühüm addım olub".

***

İsrail-Azərbaycan münasibətləri ilbəil müsbət istiqamətdə inkişaf edir.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saar ilə birlikdə Bakıda keçirilən mətbuat üçün brifinqdə deyib.

Nazir qeyd edib ki, iki dövlət arasındakı münasibət strateji xarakter daşıyır.

"Bu kontekstdə mütəmadi siyasi məslətləşmələr, strateji dialoqlar, parlamentlərarası dostluq qrupları əhəmiyyətlidir", C.Bayramov deyib.

O bildirib ki, iki ölkənin münasibətləri konteksində israilli həmkarı ilə iqtisadi əlaqələrin inkişafı, mövcud durumu, layihələr və yeni imkanlar barədə ətraflı danışıblar(Report).