Dünən Şirvanda toyda 36 yaşlı Mahir Ədilov bıçaqlanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-a bildirilib ki, cinayət əməlini törədən Şirvan şəhər sakini, 1997-ci il təvəllüdlü İbrahim Abdullayev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Məlumatda deyilir ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən Mahir Ədilovun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.