NATO Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsini təyin edib.
Məlumata görə, bunu Alyansın baş katibinin müavini Radmila Şekerinska Bakıda Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşü zamanı bildirib.
"Radmila Şekerinska NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsinin təyin olunduğunu və onun yaxın zamanda vəzifəsinin icrasına başlayacağını elan edib", - məlumatda bildirilib.
Eyni zamanda, görüş zamanı R.Şekerinska Azərbaycanın Avropanın, o cümlədən Ukraynanın enerji müstəqilliyinə töhfəsini yüksək qiymətləndirib və qaz ixracının bir sıra NATO müttəfiqlərinin enerji müstəqilliyini gücləndirdiyini vurğulayıb.