CHP sədri Özgür Özel canlı yayımlanan verilişdə MHP sədri Dövlət Baxçalıya gözlənilməz müraciət edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, CHP-nin minimum əmək pensiyasının 20 min tl-dən (785 manat) ən azı 28 min lirəyə (1100 manat) qalıdırılmasında israr etdiyini, lakin AKP iqtidarı və onunla bir ittifaqda olan MHP-nin buna isti yanaşmadığından şikayətlənib.
Özel Karar TV-yə müsahibəsində deyib ki, iqtidar və müttəfiqləri 28 min lirənin çox olduğunu deyir: "Biz 28.000 lirə dedik. Onlar bunu real saymırlar. Yaxşı, real olanı desinlər. Cənab Dövlət bəy ağsaqqal adamdır. Dövlət bəy, böyüklük elə, raconu sən kəs!".
CHP lideri daha sonra bildirib ki, Cumhur İttifaqı parlamentdə say üstünlüyünə sahibdir: "Parlamentdə AK Partiyanın 275, MHP-nin isə 47 millət vəkili var. Birlikdə çoxluq təşkil edir və istədikləri qanunu qəbul edirlər. AK Partiya və MHP bir yerdə olduqda, biz həmişə azlıqda qalırıq. Ona görə, cənab Baxçılı bəya böyük məsuliyyət düşür".
Xatırladaq ki, bundan əvvəl pensiya və maaş azlığında şikayətlənən MHP lideri hazırkı məbləğləri "Bu, səfalət əmək haqqıdır", - deyə, qiymətləndirib.
Firudin Səfərli
MİA.AZ