Sabiq təhsil naziri Misir Mərdanova yeni vəzifə verilib.

Sabiq  təhsil naziri Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə kafedra müdiri təyin edilib.

Qeyd edək ki, kafedra müdiri postunda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva olub. (Unikal)

Xatırladaq ki, bu barədə ötən ay xəbər yayılsa da, 80 yaşlı Misir Mərdanov bunu israrla təkzib edirdi. Hətta BDU da xüsusi açıqlama yayaraq belə bir planı inkar etmişdi.

MİA.AZ