"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) Qapalı Səhmdar Cəmiyyəti (QSC) İdarə Heyətinin yeni sədri Əfqan Cəlilov qurumda kadr islahatlarına başlayıb.
Mia.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Əfqan Cəlilovun əmri ilə "ASCO Nəqliyyat" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəisi Sabir Həsən oğlu Hüseynov vəzifəsindən azad olunub.
Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Sabir Hüseynov ASCO İdarə Heyətinin sabiq sədri Rauf Vəliyevin ən yaxın adamı hesab olunurdu. O, 2018-ci ildən sözügedən quruma rəhbərlik edirdi. "ASCO Mühafizə" və "ASCO Logistics" kimi qurumlar "ASCO Nəqliyyat" MMC-nin tərkibində fəaliyyət göstərir.