Türkiyə Super Liqasının iddialı komandalarından "Samsunspor" qələbəyə həsrət qalıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Samsunspor"un 18-ci turda Ankarada "Gənclərbirliyi" ilə qarşılaşmadan bərabərə ayrılıb - 1:1

Oyuna gəldikdə, "Samsunspor" 38-ci dəqiqədə Marius Mouandilmadjinin qolu ilə önə çıxsa da, 60-cı dəqiqədə Sekou Koita hesaba tarazlıq gətirib.

Xatırladaq ki, bununla dörd matçdır evdə məğlub olmayan "Gənclərbirliyi"in xalı 19-a, 6 oyundur qələbə üzünə həsrət qalan "Samsunspor"un isə xalı 26-ya çatıb.

Fərid ASLAN

MİA.AZ