Bu gecədən etibarən Suriya ordusu kürd silahlılarını özündə birləşdirən Suriya Demokratik Qüvvələri (SDQ) adlı qruplaşmaya qarşı neftlə zəngin Deyr-Hafir şəhərində əməliyyata başlayıb.
Mia.az xarici mətbuata istinadla bildirir ki, Suriya ordusu gecədən qruplaşmanın mövqelərini artilleriya atəşinə tutur, bəzi hədəfləri dronlarla vurur.
Məlumata görə, gün ərzində ordunun açıq döyüşə girəcəyi gözlənilir.
Xatırladaq ki, Suriya ordusu Hələbin ki məhəlləsinin SDQ-dən təmizlədikdən sonra qruplaşmaya təslim olmağa çağırıb.
Tahir
MİA.AZ