Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) direktoru Rafael Qrossi Rusiya və Ukrayna arasında Zaporojye Atom Elektrik Stansiyasındakı ehtiyat elektrik xəttinin təmiri üçün yerdə atəşkəs rejiminin tətbiqi barədə razılığa gəlindiyini açıqlayıb.
Bu barədə agentliyin saytında dərc olunmuş mətbuat açıqlamasında bildirilib.
"Bu gün AEBA Rusiya və Ukrayna arasında yerdə atəşkəs rejiminin tətbiqi barədə razılıq əldə edib. Bu, Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında (ZNPP) qalan son ehtiyat elektrik xəttində təmir işlərinə başlamağa imkan verəcək", - deyə məlumatda qeyd olunub(Report)