Bu gün Yevlaxın İsmayılabad kəndində baş vermiş insidentin təfərrüatları məlum olub.
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, rayonun sabiq icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov tanışı Qoşqar Novruzovu “Vinçester” markalı silahdan atəş açaraq yaralayıb.
Belə ki, 39 yaşlı Zaur Səmədov İsmayılabad kəndi ərazisinə it döyüşdürməyə gəlib. Döyüş Zaur Səmədovun itinin uduzması ilə nəticələnib. Bundan qəzəblənən Zaur Səmədov digər itin 46 yaşlı sahibinə odlu silahdan atəş açmaqla əsəbini sakitləşdirməyə çalışıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Zaur Səmədov polis tərəfindən saxlanılıb.
***
Bu gün Yevlaxda silahlı insident baş verib.
Məlumata görə, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı, 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib.
Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Əldə etdiyimiz digər məlumata görə, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğludur.
Xatırladaq ki, 2019-cu ildə həbs edilən Q.Səmədov vaxtından əvvəl şərti azadlığa buraxılmış və səhhətindəki problemlər səbəbindən 2023-cü ildə vəfat etmişdi/“Qafqazinfo.