Bu gün Çin xarici işlər naziri Vanq Yi İran XİN başçısı Abbas Əraqçi ilə telefonla danışıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, tərəflər ölkdəki aksiyalar və onun yaratdığı problemlər, o cümlədən ABŞ-ın gözlənilən hücumu ətraflında müzakirə aparıblar.
Çin Xarici İşlər Nazirliyindən bildirilib ki, Vanq Əraqçidən etirazların davam etdiyi ölkədəki son vəziyyət barədə məlumat alıb: "Çin XİN başçısı söhbət əsnasında İran hökuməti ilə xalqının bir araya gələrək çətinliklərin öhdəsindən gələcəyinə, milli sabitliyi qoruyacaq və qanuni hüquq və maraqları təmin edəcəkdavranışa nail olacaqlarına inandığını deyib"
ABŞ-ın ölkəyə müdaxilə ehtimalına gəldikdə, Vanq bildirib ki, Çin beynəlxalq münasibətlərdə güc tətbiqinə əsla müsbət yanaşa bilməz: "Rəsmi Pekin digər ölkələrə qarşı cəngəllik qanununa əsaslanan addımı yolverilməz sayır"
Çinli nazir tərəfləri təmkinli davranmağa, sülhə dəyər verməyə və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb: "Biz bu işdə konstruktiv rol oynamağa hazırıq"
Hüseyn Namazov
MİA.AZ