Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə  Komi Respublikasının Sıktıvkardakı təlim mərkəzində baş verib.

Komi Respublikası Səhiyyə Nazirliyindən bildirilib ki, Rusiya Daxili İşlər Nazirliyinin Sıktıvkardakı təlim mərkəzində elektroşok qumbarası partlayıb: "Nəticədə doqquz nəfər yaralanıb. Onlardan dördünün vəziyyəti ağırdır. Yaralılar lazımi tibbi yardım alırlar. Partlayışdan sonra binadan 200 nəfər təxliyə edilib".

Hadisənin səbəbi və təfərrüatı açıqlanmayıb.

Rusiya İstintaq Komitəsi faktla bağlı araşdırma aparır

Hüseyn Namazov

MİA.AZ