Paris hökuməti Eutelsat terminallarının İrana göndərilməsi imkanını araşdırır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yaşıllar Partiyasının (EELV) deputatı Kristin Arriqi parlamentin plenar iclasında çıxışında Fransa xarici işlər naziri Jan-Noel Barrota suallar verib.

Nazir cavabında bu planın üzərində iş getdiyini təsdiqləyib: "Biz bütün variantları araşdırırıq. Qeyd etdiyiniz variant bunun bir hissəsidir".

Xatırladıq ki, İrandakı aksiyalarda 2600 nəfərədək nsanın ölüm faktı rəsmən təsdiqlənib.

Samir MUSAYEV

MİA.AZ