"Qalatasaray"ın futbolçusu Mario Lemina Turkcell Super Kuboku final matçından sonra "Fənərbağça"ya qarşı sosial mediada etdiyi paylaşımdan peşman olduğunu bildirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, paylaşdığı videodakı azarkeşlərin şüarlarını başa düşmədiyini iddia edib: "Bu səbəbdən bəyan edirəm ki, bu sözlər mənim dəyər və düşüncələrimi əks etdirmir. Heç kimə zərər verəcək aqressiv mesajları dəstəkləmirəm. Mən futbolçuyam. Məsuliyyətimin fərqindəyəm. Karyeram boyunca işimə, klubuma, komanda yoldaşlarıma, azarkeşlərə və futbol qurumlarına həmişə hörmət və sədaqət göstərmişəm. Yazdığım paylaşımdan və onun yaratdığı anlaşılmazlıqdan peşmanam".

Xatərladaq ki, Mario Leminanın təhqiramiz paylaşımına görə Futbol Federasiyası tərəfindən cəzalandırlacağı gözlənilir.

Fərid ASLAN

MİA.AZ