Afrika ölkəsi Qabonda milli komandanın Afrika Millətlər Kubokundakı zəif çıxışından sonra hökumət tərəfindən tətbiq lunmuş sanksiya bu gün ləğv olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hökumət yeni idman naziri təyinatı ilə bağlı Futbol Federasiyasının milli komandanın yenidən formalaşdırılacağını açıqlayıb.

Məlumatda deyilir ki, Afrika Millətlər Kubokunu xalsız tərk edən komandaya keçmiş idman naziri Simplice-Desire Mamboula sərt münasibət göstəribmiş: "O, Afrika Millətlər Kubokunda qruplarında sonuncu yeri tutan komandanın  nəticələrini utancverici sayaraq, milli komandanın ləğv edildiyini bildirmişdi. Bundan əlavə, məşqçi Tierri Mouyouma vəzifəsindən azad edilib, omandanın ulduz oyunçuları Emerik Obameyanq və Bruno Ekuele Manqa heyətdən kənarlaşdırılıb.Bu gün isə nazirdəyişikliyindən sonra yeni idman naziri Paul Ulrix Kessany bu sanksiyaların ləğv edib"

Məlumatda deyilir ki, bu qərardan sonra hökumətin müdaxiləsinə qarşı sərt mövqe ortaya qoyan FİFA-nın Qabon Futbol Federasiyasına qarşı gözlənilən tədbirinin də icra olunmayacağı deyilir.

Fərid ASLAN

MİA.AZ