İngiltərənin "Everton" komandası "Fənərbağça"nınhücumçu Yusif Ən-Nesiriyə təklif göndərib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Everton"un transfer təklifinə İstanbul klubu "hə" desə də,  hücumçu razılaşmayıb.

Məlumada deyilir ki, Yusif Ən-Nesiri "yox" deməsinin İngiltərəninhavası ilə əlaqələndirib: ""Everton" İstanbul klubuna satınalma şərtiylə 20 milyon avroluq icarə əsaslı transfer variantı təklif edib. "Fənərbağça" təklifi müsbət yanaşsa da, mərakeşli qolçu En-Nesiri İngiltərəyə getmək istəməyib. O deyib ki, guya oranın iqlimi ona düşmür. Halbiki, 28 yaşlı hücumçu orada vergi yükünə görə maaşının az olmasından razı deyil..."

Xəbərdə deyilir ki, bu səbəbdən İstanbul klubu ona iqlimi isti olan ölk liqalarına təklif etməyə hazırlaşır.

Fərid ASLAN

MİA.AZ